hayıl-mayıl olmaq

to be struck / to be delighted with smth. / to be in raptures over / to be astonished / to be amazed / to be astounded поражаться (восхищаться, изумляться)
hayıf qoyulan xərcə (qoyulan xərcə, çəkilən zəhmətə dəyməz)
Haynan gələn, vaynan gedər.
OBASTAN VİKİ
Hüseyn Mayıl
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Mayıl Kürəbəyov
Mayıl Kamran oğlu Kürəbəyov (2 aprel 2001; Urva, Qusar rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Mayıl Kürəbəyov 2 aprel 2001-cı ildə Qusar rayonunun Urva kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2019-cu ilədək almışdır. Orta təhsilini aldıqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olan Kürəbəyovun xidmətinin bitməsinə az qalmış İkinci Qarabağ müharibəsi başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Mayıl Kürəbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mayıl Qurbanov
Mayıl Mayis oğlu Qurbanov (8 iyun 1996; Xoşçobanlı, İmişli rayonu, Azərbaycan – 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vətən Müharibəsinin şəhidi. Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə daşınmışdır. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirmişdi. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qaldı. Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəsinə göndərilmişdir. 2016-cı il yanvarın 2-si Hərbi xidmətini vicdanla və layiqincə bitirib evinə geri dönmüşdür. Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Mayıl Qədimov
Mayıl Yusif oğlu Qedimov Mayıl Qədimov 1962-ci ildə Azerbaycan SSR Mirbəşir(Tərtər) rayonunun Səhləbad kəndində fəhlə ailəsində anadan olmuşdur.1969-cu ildə Səhləbad kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1978-ci ildə Mirbəşir Rayon 96-nömrəli Orta Texniki Peşə məktəbinə daxil olmuşdur.1980-ci ildə məktəbi "Meyvə-tərəvəzçilik" üzrə tam kursunu bitirərək, aqronom ixtisasına yiyələnmişdir.1981-ci ildə Ağdam Rayon Xaçın tikinti-texniki peşə məktəbinin 6 aylıq sürücülük kursunu bitirmişdir. Mayıl Qədimov göstərdiyi qəhrəmanlığa görə, ölümdən sonra 1983-cü il avqustun 31-də SSRİ Ali Soveti Rəyasət heyətinin 9912-X nömrəli əmri ilə "Qırmızı ulduz"ordeni ilə təltif olunmuş, oxuduğu məktəb adına verilmişdir. Ailədə 6 övlad olmuşlar:4 qardaş və 2 bacı. Mayıl kiçik yaşlarından cəsurluğu, igidliyi və vətənpərvərliyi ilə yaşıdlarından seçilmişdir, cəmi 20il yaşamışdır və ailə həyatı Qurmamışdır. Bu 20 ildə onu tanıyan hər kəsin sevgisini və hörmətini qazanmış, ölümündən sonra isə onların fəxri, qürur mənbəyi olmuşdur. Ailəsi hələ onun yoxluğuna alışmadan daha bir oğul övladını itirmişdir. Mayılın ölümündən 6il sonra, 1988-ci ilin 12 dekabrında Mayıl ın qardaşı, Əhliman Qədimov dünyasını dəyişmişdir. Bu hadisədən sonra, ailəsi daha ağır və kədərli günlər keçirir. Bir müddət sonra, Mayıl ın valideynləri də vəfat edir. 1981-ci ilin may ayında hərbi xidmətə çağırılmışdı.
Mayıl Əsgərov
Mayıl Binnət oğlu Əsgərov (17 yanvar 1962, Bozalqanlı, Tovuz rayonu) — filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, Bakı Avrasiya Universitettin professorudur, Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin müəllifidir. Mayıl Binnət oğlu Əsgərov 17 yanvar 1962-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1979-cu ildə Y. Sadıqov adına Bozalqanlı kənd orta məktəbinində təhsil alıb, 1981–1983-cü illərdə hərbi xidmətdə olub, 1990-cı ildə Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsini şərqşünas-türkoloq ixtisası ilə bitirib. 1990–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışıb. 1994–2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı qüvvələrinin (1997-ci ildə), Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının (1999-cu ildə), NATO Birləşmiş Komandanlığının (2000-ci ildə) fəxri fərmanları ilə təltif olunub. 22.02.2005-ci ildən filologiya elmləri namizədidir (Diplom seriya EN, № 03418). Namizədlik dissertasiyasının mövzusu: "Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr". 28.03.2012-ci ildən Türk dilləri ixtisası üzrə dosentdir (Attestat seriya DS, № 04027). 22.01.2016-cı ildən filologiya üzrə elmlər doktorudur (Diplom seriya ED, № 01696).
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki üzvü, Həmdulla əfəndi Əfəndizadənin ən yaxın adamlarından, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan şəxslərdən biri. Quba üsyanın rəhbərlərindən biridir. 1865-ci ildə Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndizadənin xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib.
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Con Malkoviç olmaq
Con Malkoviç olmaq (ing. Being John Malkovich) — 1999-cu ildə istehsal olunmuş sürrealist ABŞ filmi. Spayk Consun rejissorluq etdiyi bu filmin senari müəllifi Çarli Kaufmandır. Yenicə işə düzəlmiş olan kuklaçı bir adam ofisdə məşhur Hollivud aktyoru Con Malkoviçin ağlına girməyə imkan verən sirli portalla rastlaşır. John Cusack — Craig Schwartz Kameron Diaz — Lotte Schwartz Catherine Keener — Maxine Lund John Malkovich — özü və John Horatio Malkovich Orson Bean — Dr. Lester Mary Kay Place — Floris Çarli Şin — özü W. Earl Brown — First J.M. Inc. Customer Carlos Jacott — Larry the Agent Byrne Piven — Captain James Mertin Octavia L. Spencer — Woman in Elevator Con Malkoviç olmaq — Internet Movie Database saytında.
İs­mayıl bəy Daruğə
İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu Axundov — şair, Əhməd Ağdamskinin qaynatası. İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Qəza idarəsində işləmiş, bir müddət şəhər bazarının darğası olmuşdu. Şuşa şəhərinin darğası idi, ona görə də "Daruğə" təxəllüsü götürmüşdü. Məclisi-üns üzvlərindən olmuşdur. İsmayıl bəy Daruğə 1891-ci ildə vəfat edib. İsmayıl bəy erməni silahlılarına qarşı vuruşmuş, şəhər camaatını müdafiə etmişdi.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Əmlaka sahib olmaq hüququ
Olmaq və Olmamaq (Ernest Heminquey)
Olmaq və Olmamaq Ernest Heminqueyin 1937-ci ildə Çarlz Skribnerin Oğulları tərəfindən nəşr olunmuş romanıdır. Kitab Florida ştatının Key West şəhərindən olan balıqçı gəmisinin kapitanı Harri Morqandan bəhs edir . “Olmaq və Olmamaq” Heminqueyin “ Bahar selindən” sonra ABŞ-da yazdığı ikinci romanı idi. 1935-1937-ci illər arasında arabir yazılan və İspaniya Vətəndaş Müharibəsi zamanı İspaniyadan irəli-geri səyahət edərkən yenidən işlənmiş roman 1930-cu illərdə Key West və Kubanı təsvir edir və həmin vaxt və məkan haqqında sosial şərh verir. Heminqueyin bioqrafı Jeffrey Meyers romanı yazarkən Heminqueyin İspaniya Vətəndaş Müharibəsində Respublikaçı fraksiyaya verdiyi dəstəyin məruz qaldığı marksist ideologiyadan çox təsirləndiyini təsvir etdi . Əsər qarışıq tənqidi qarşılandı. Roman, Heminqueyin əvvəllər dövri mətbuatda dərc olunmuş iki qısa hekayəsindən (“Bir səfər” və “Təccarın qayıdışı”) başlanğıc fəsillərindən və daha sonra yazılan, təxminən üçdə ikisini təşkil edən bir novelladan qaynaqlanır. kitab. Hekayə müxtəlif vaxtlarda, müxtəlif personajlar tərəfindən müxtəlif nöqteyi-nəzərdən izah edilir və personajların adları həmin fəsli kimin nəql etdiyini göstərmək üçün tez-tez fəsil başlıqları altında verilir. Heminquey Harrini Depressiya Dövrünün adi bir işçisi kimi təsvir edir , dəhşətli iqtisadi qüvvələr tərəfindən Kuba və Florida arasında qaçaqmalçılıqla məşğul olan qara bazar fəaliyyətinə məcbur edilir .
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.